Xudayar Yusifzadənin anım mərasimi keçirilib – Fotobackend

Bərdə Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, gizir Xudayar Yusifzadənin anım mərasimi keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, ötən gün keçirilən anım mərasimində rayon rəhbərliyi, şəhidin yaxınları və rayon camaatı iştirak edib.

Qeyd edək ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində doğulan X. Yusifzadə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. X. Yusifzadə oktyabrın 22-də Ağbənd istiqamətində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

X. Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Video qısa müddət ərzində trendə çevrilib. Onun şəhid olmasından sonra mahnıya “Xudayar təsnifi” adı verilib.