Xumar Qədimova: “Məndə orta hədd yoxdur”backend

“Arxamca danışanlar çox azdır. Onlar da məni sevdikləri üçün danışırlar. Sevənlərin qəlbindəyəm, sevməyənlərin beynində. Nəticədə ikisi də mənə xidmət edir. Bəzən deyirlər ki, filankəsə nifrət edirəm. Nifrət edirsənsə demək ki, sən ona laqeyd deyilsən. O adam ki, sənin yadına düşmür demək ki, ona laqeydsən”.

“Yeni Gundem” Moderator.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Xumar Qədimova deyib.

Müğənni əlavə edib: “Məndə orta hədd yoxdur. Bu sənətdə heç olmamalıdır. Ya hər şey olmalıdır, ya da olmamlıdır. Ya qara, ya da ki, ağ. Sən sənətkar olmalısan, ya da ki, heç olmamalısan. Xumar olmağımda, sevilməyimdə qeyri-adiliyimin böyük rolu olub. Mən buna görə qeyri-adiliyə minnətdaram. Normal insan bunu görür, duyur, başa düşür. İnsan da var ki, o da görür, amma görmək istəmir. Bəlkə də qıcıqlanır. O da gözəldir, qoy qıcıqlansın. Əgər qıcıq vermirsənsə, onda sən heç bir şeysən”.

Xumar Qədimova hər zaman keçmişinə bağlı olduğunu bildirib:

“Dünənimi bu günümdən də çox sevirəm. Təbii ki, insanıq, həyatımızda pis günümüz də, kədərimiz də olur. Allah heç kimə bunları göstərməsin. Amma keçmişimi unutmadığım üçün sabahım həmişə mənə uğur, sənət, müvəfəqqiyət, dəyər gətirir. Bəlkə də dünənimi unudan biri olsaydım dəyərli olmazdım. Dünənini unudanlar, ümumiyyətlə unutqan insanlar dəyərsizlərdir. Bilmirəm, bəlkə də elə insanlar var ki, dünəni də, bu günü də mənasızdır. Bəzən çoxlarını qınayıram, amma sonra öz-özümə düşünürəm ki, bəlkə heç onun keçmişi olmayıb?! Bəlkə də mənim keçmişim çox dəyərli olduğuna görə onu unuda bilmirəm”.