Xuraman Şuşalı hicabsız şəkillərindən danışdı: “Pulla da onları sildirə bilmirəm” – VİDEObackend

Tanınmış müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi hicabsız şəkillərindən danışıb.

Bu barədə Şuşalı qonaq olduğu ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda bildirib.

Xuraman hicabsız şəkillərinə münasibət bildirərkən “Müğənniyəm, səhnə bunu tələb edirdi” deyib:

“Hicabsız fotolarımı sildirirəm. Sildirə bildiklərimi sildirdim. Amma qalanlar qalıb. Pulla da həll olunacaq iş deyil. Pulu ödəsəm də, başqası yükləyəcək və buna biznes kimi baxacaqlar. Keçmiş keçmişdə qaldı”.