Xüsusi istedadlı şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu mexanizmi yoxdur – Nazirlikbackend

“Xüsusi istedadı olan şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu yoxdur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, 6 yaşı bitən həmin uşaqlar da qeyd olunan formada qeydiyyatdan keçib I sinfə qəbul ola bilərlər.

E.Kərimov qeyd edib ki, 8 yaşı bitən uşaqlar da I sinfə qəbul ola bilər: “Yaşı 8-dən  yuxarı olan uşaqlar uzun müddət təhsildən kənar qalan şəxslər üçün fərdi tədrisə cəlb edilirlər”.