Yaddaşınızı yaxşılaşdırmağın 8 asan yolu – Araşdırmabackend

Yaxşı yaddaş uğurlu insan üçün olduqca vacib amildir.

Yeni Gundem” yaddaşın və Beynin fəaliyyətini yaxşılaşdırmağın 8 sağlam yolunu araşdırıb.

Meyvə və tərəvəz yeyin

Harvard Universitetində aparılan araşdırmaya görə, müntəzəm olaraq qaragilə və çiyələk yeyən insanlar, bu giləmeyvə yeməyən insanlarla müqayisədə zehni geriləmədə əhəmiyyətli bir gecikmə göstərirlər. Digər tədqiqatlar göstərir ki, daha çox tərəvəz (xüsusilə də göyərti) yeyən insanlarda yaşa bağlı yaddaş pozğunluqları daha az olur. Nitratları yüksək olan tərəvəzlər (məsələn, çuğundur, kərəviz və kələm) beyinə qan axını artırmağa kömək etdiyi üçün dəvacib qidalardır.

Yeni məşğuliyyətlərə yiyələnin

Biz tez-tez eşidirik ki, insanlar krossvordlar etməklə zehinlərini iti saxlaya bilirlər. Tədqiqatlar göstərir ki, yeni bir bacarıq öyrənmək beyin funksiyasını yaxşılaşdırır. Musiqini öyrənməkdən tutmuş yeni dil öyrənməyə qədər hər şeydən birini seçin. Hərzamanyeni bir məşğuliyyət öyrənə bilərsiniz!

Sağlam çəkinizi qoruyun

Normadan artıq çəkiyə sahib olan insanların həyatda daha sonra yaddaş itkisi və demans ilə qarşılaşma ehtimalı digərlərinə nisbətdə əhəmiyyətli dərəcədə üstünlük təşkil edir.

Araşdırma zamanı məlum olub ki, yaşlılar artıq çəkinlərini atdıqdan sonra yaddaşlarında normallaşma müşahidə edilib.

Qan səviyyənizi normada saxlayın

Qan dövranı və qan şəkərinin səviyyəsi güclü yaddaşın qorunması üçün vacib amillərdir. Bu, yalnız diabet xəstələrinə aid deyil. Qan şəkərinin səviyyəsi orta səviyyədən yuxarı olan hər kəsin yaddaş problemləri ola bilər. Anemiya həmçinin demansriskini artıra ,yaddaş və idrak funksiyasını poza bilər.

Hərəkət edin

Mütəmadi idmanla məşğul olmaq beyni gücləndirənçox vacib amildir.

Məşq məlumatları yadda saxlamaq qabiliyyətini artırır. Araşdırmalar göstərib ki, həm uşaqlar, həm də yaşlılar idmanla məşğul olanda yaddaşlarını yaxşılaşdırır. Yüngül koqnitiv pozğunluğu olan yaşlı insanlar üçün hətta qısa bir sıra məşqlər də təsirli ola bilər. Uşaqlar isə məşq vasitəsilə öyrənmə qabiliyyətini yaxşılaşdıra bilirlər.

Xoşbəxt olun!

Məncə sadalanan amillərin içində ən önəmlisi məhz xoşbəxt olmaqdır.

ABŞ-ın Brigham Young Universitetinin tədqiqatçılarına görə, depressiyadan əziyyət çəkən insanlarda yaddaş və koqnitiv funksiya o qədər də yaxşı deyil. Və yaddaş pisləşməsi depressiyanın şiddəti ilə düz mütənasib olaraq baş verir.

Yuxunuza diqqət edin

Məlumatların beyində saxlanması və daha sonra xatırlanması üçün yuxunun böyük əhəmiyyəti var. Düzgün yuxunu tənzimləyərək istirahət etmək beyin sağlamlığında əhəmiyyətli rol oynayır.

Ayşan

Yenigundem.az