Fitness məşqçisi Alina Romanova yağ yandırmağın daha təsirli yollarını sadalayıb.“Yağ yandırmağın ən təsirli yolu orta sürətlə qaçmaqdır. Təlim seansının ilk 30-40 dəqiqəsində bədən enerji mənbəyi kimi qlükoza və qlikogendən istifadə edir. Bu müddətdən sonra yağ yandırma prosesi başlayır ” deyib.
“Yeni Gundem” xəbər verir ki, mütəxəssisin sözlərinə görə, piylərin yandırılmasının intensivliyi nəbzdən asılıdır.
Uzun müddət qaça bilməyənlər üçün Romanova velosiped sürməyi təklif edib. “Velosiped sürmək daha az travmatikdir və qaçışı əvəz edə bilər, lakin xüsusi enerji istehlakı daha az olacaq, buna görə də velosiped sürmə müddətini artırmalı olacaqsınız” deyib.
Romanova əlavə edib ki, ən təhlükəsiz alternativ gəzintidir. “İdman zalında isə daha çox məşq etmək üçün qaçış faydalıdır” o bildirib.
Daha əvvəl fitnes məşqçisi Vlada Uvarova arıqlama qaydaları haqqında qeyd edib ki, yalnız çəkiyə diqqət yetirməməlisən. Həmçinin arıqladıqda bədən həcmini də izləməyi tövsiyə edib.
Mənbə: Lenta.Ru
Aynur Camal