Yanacaq enerjisi sahəsinə investisiyalarınqoyuluşu davam edəcəkbackend

Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınması yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsrtarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizininAzərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsihasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsiimzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrinmüqaviləsində dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Onlar tezliklə işçi strukturlarRəhbər Komitə, Azərbaycan BeynəlxalqƏməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaradıblar. Saziş 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olunub.

İlkin hesablamalara görə “Azəri”, “Çıraqyataqlarının və “Günəşli” yatağının dərinlikdəyerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrəəsasən, neft ehtiyatı 1.072 milyard ton həcmindəmüəyyən edilib.

 Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddindəneft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).

2022-ci ilin əvvəlinədəkAzəri-Çıraq-Günəşliyataqlar blokunun işlənilməsinə 41milyard ABŞ dollarına yaxın sərmayə qoyulub və bu blok üzrə 546 milyon ton neft hasil edilib, 49 milyard kubmetrdənartıq səmt qazı hasil olunaraq Azərbaycanhökumətinə verilib.

Azərbaycan Respublikasının Prezidenti HeydərƏliyevin 1999-cu il dekabrın 29-da imzaladığı Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarəedilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə AzərbaycanRespublikası Dövlət Neft Fondu yaradılıb. Qısamüddət ərzində dünyanın ən şəffaf fondlarındanbirinə çevrilən Dövlət Neft Fondu vəsaitlərinsəmərəli və şəffaf idarə olunması sayəsində hazırkıvə gələcək nəsillər üçün uzunmüddətli maliyyəgəlirliliyini təmin edir.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundaAzəri”, “Çıraqyataqlarının və “Günəşli” yatağının dərinlikdəyerləşən hissəsinin birgə işlənilməsihasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşlinəhəng neft yataqlarıblokunun işlənilməsində yeni dövr başlanıb. SazişiAzərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləriimzalayıblar. Hasilatın Pay Bölgüsü haqqındayenidən işlənmiş və 2049-cu ilin sonunadəkuzadılmış sazişə əsasən, BP fəaliyyətini layihəninoperatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca 2019-cu ildəAzəri-Çıraq-Günəşliyataqlar blokunun müqaviləərazisində əlavə bir hasilat platformasının tikintisiüzrə razılaşma əldə olunub.

”Yeni əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın neft strategiyasının yeni mərhələsininəsası qoyulub. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisaditəhlükəsizliyinə əlavə təminat, yeni investisiyaqoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir.

2021-ci ilədək xarici neft şirkətləri ilə “Hasilatınpay bölgüsü” tipli 37 saziş imzalanıb.

2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. AzərbaycanTürkiyənin dövlətbaşçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanmərasimdə iştirak ediblər. “Star” zavodunun ümumineft emalı gücü 10 milyon ton olmaqla, müxtəlifhəcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngülnafta və digər emal məhsullarını istehsal etməkimkanına malikdir. Zavod Türkiyənin təyyarəyanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.

Azərbaycan ötən müddət ərzində təkcətəchizatçı deyil, həm də etibarlı tranzit ölkəyəçevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələrbeynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarınıAzərbaycan ərazisindən nəql edirlər. HəmçininRusiya şirkətləri bu ölkənin Xəzər dənizi sektorundançıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsiləbeynəlxalq bazarlara nəql etməyə üstünlük verir. Xəzərdəki ən böyük donanma da Azərbaycanaməxsusdur.

Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.

Qasımov Babək

YAP üzvü, Nəsimi rayon sakini