Yandırılaraq öldürülən şəxs cinsi azlıq nümayəndəsi olubbackend

Bakıda 3 gün öncə yandırılmış meyiti tapılan şəxsin kimliyi və onu qətlə yetirməkdə şübhəli bilinən şəxs məlum olub.

DİN-in Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində üzərində xəsarətlər olan meyit tapılıb: “Dərhal cinayət işi başlanılıb, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, öldürülən şəxs Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyevdir.

Onu avqustun 18-də bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini Mirşahid Mehdiyev şübhəli şəxs qismində tutulub”.

Hadisə ilə bağlı yayılan ilkin məlumatda öldürülən şəxsin qadın olduğu deyilsə də, qətlə yetirilən Əhəd Nuriyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.