Yanğın fəlakətində balans daha da pisləşdi!backend

Cənubi Afrikanın Yohannesburq şəhərində çoxmərtəbəli binada yanğın baş verib. Gecə saatlarında başlayan və qısa müddətdə böyüyən yanğında can itkisi 73-ə, yaralıların sayı isə 52-yə yüksəlib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, yanğının səbəbinin hələlik məlum olmadığını deyən Mulaudzi azı 63 nəfərin öldüyünü, çoxlu sayda yaralının olduğunu qeyd edib.

Mulaudzi hadisə yerinə gələndə çoxlu adamın hələ də binada olduğunu gördüklərini, bəzilərini xilas edə bildiklərini və xəstəxanaya göndərdiklərini, ölənlərin sayının artmasından narahat olduqlarını bildirib.

İhlas Xəbər Agentliyinin verdiyi məlumata görə, yanğında can itkisi artıb.

Yanğının baş verdiyi binanın daha əvvəl “atılmış” kimi rəsmi orqanlara bildirildiyi və bu binada ölkədə qanunsuzluq edən şəxslərin yaşadığı iddia edilib. Axtarış-xilasetmə işləri davam edir.

Mənbə: TGRT

Aynur Camal