“YAP 30 ildə Azərbaycanı qələbəyə və xoşbəxtliyə qovşdurmuşdur.” – Deputatbackend

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi qeyd olunur. Bu 30 ildə YAP xalqımıza şərəflə xidmət edərək ümumxalq partiyasına çevrilmişdir. YAP 30 ildə Azərbaycanı qələbəyə və xoşbəxtliyə qovşdurmuşdur. YAP tarixi zərurətdən meydana gəlmiş siyasi partiyadır. Digər partiyalardan fərqli olaraq YAP-ın yaradılması təşəbbüsü xalqın içindən gəlmişdir. Çünki 90-cı illərin əvvəllərində Azərbaycan  70 ildən sonra qovuşduğu dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

“Azərbaycanın çətin sınaqla qarşılaşdığı bir  zamanda müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası bir neçə aydan sonra iqtitar partiyasına və xalqımızın yeganə ümüd yerinə çevrilir. Ona görə ki, bu partiyanın rəhbərliyində  Ümumimilli Lider Heydər Əliyev dayanırdı. Heydər Əliyev sovetlər vaxtı ölkəmizə rəhbərlik edəndə  geridə qalmış Azərbaycanı inkişaf etdirmiş, müstəqilliyiə qovuşanda dövləti idarə edə biləcək  kadr potensialı yartmışdı. Məhz Ulu Öndərin o vaxt oxutdurduğu milli kadrlar müstəqil Azərbaycan dövlətinin idarə edilməsində və ordusunun formalaşmasında əsas rol oynadı.  20 yanvar hadisələrinə münasibət bildirməsi, üçrəngli dövlət bayrağını yenidən Naxçıvan Ali Məclisinə gətirməsi Heydər Əliyevə xalqın sonsuz inamını artırmışdı. Ulu öndərin hakimiyyətə qayıdışı ilə YAP iqtidar partiyasına çevrilir və ziyalılardan təşkil olunmuş bu partiya Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və dünyada tanınan nüfuzlu ölkəyə çevrilməsinə yol açdı. “

Millət vəkilinin sözlərinə görə Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi gücücünə çevirilib.

“Yeni Azərbaycan Partiyasının fəaliyyəti və uğurları dövlətimizin uğurları ilə üst-üstə düşür.  YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycan güclü ordunu və iqtisadiyyatını yarada bildi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdi və partiyamızın qarşısına qoyulmuş bütün vəzifələr yerinə yetirildi. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olmasının ən böyük uğuru ölkəmizdə milli həmrəylik və birlik yaratmaqla torpaqları 30 illik erməni işğalından azad etməklə  Azərbaycana qalib imicini qazandırmaqda olmuşdur. VII Qurultayda Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev partiaynın keçdiyi uğurlu yola bir daha nəzər salmaqla partiya daxili islahatların aparılmasını və yeni reallığın çağırışlarına uyğun fəaliyyətin təşkil etməsini vacib olduğunu qeyd edərək yeni vəzifələr müəyyənləşdirdi.  Pariya daxilində struktur islahatlar aparıldı, yeni nizamnamə və proqram təsdiq olundu.  İnamdan və etimadan  irəli gələrək 6 müxalif partiya qərar qəbul edərək  YAP-a birləşmək haqqında müraciət edərək birləşdilər. Bu gün YAP-ın sıraları günü -gündən artır və regionun ən böyük siyasi gücünə çevrilmişdir. YAP dünyanın aparıcı ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. YAP-ın keçdiyi 30 illik keçməkeçli və uğurlu yol sübut etdi ki, YAP dünənin , bu günün və sabahın partiyasıdır. Yenin Azərbaycan partiyasının hakimiyyətdə olmağıyla Azərbaycan daha da inkişaf edəcək, güclənəcək, çiçəklənəcək və xalqımızın firavanklığı naminə fəaliyyətini uğurla davam etdirəcəkdir