YAP-çı deputat Goranboyda…backend

Milli Məclisin deputatı Anar Məmmədov Novruz bayramı münasibətilə Goranboy rayonunda ağsaqqallarla birlikdə şəhid ailələrini və qaziləri ziyarət edib.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar. Onun sözlərinə görə, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamının vətəndaşlıq borcudur.
Bayram sovqatı alan ailələr də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci Vitse – Prezident Mehriban xanım Əliyeveya dərin təşəkkürlərini bildiriblər.

Ziyarət zamanı 380 şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.