YAP-çı deputat və başçı şəhid və qazi ailələrini ziyarət etdibackend

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Novruz bayramı” münasibəti ilə şəhid və qazi ailələrini ziyarət ediblər.

“Yeni Gündəm”-in məlumatına görə, görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb.

Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.

Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.