YAP: Həbs edilmiş Cəbrayıl Fərzəliyev üzvümüz deyilbackend

Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü deyil.

Bu barədə partiyadan məlumat verilib.

YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət üzvləri sırasında Cəbrayıl Fərzəliyev adlı şəxs yoxdur.

YAP Gənclər Birliyi olaraq saytlara və sosial şəbəkə istifadəçilərinə dəqiqləşdirilməmiş məlumat paylaşmamağı tövsiyə edir, belə halların yolverilməzliyini nəzərə alaraq diqqətli olmağı xahiş edirik.