YAP-ın nümayəndə heyəti Manisa valisi ilə görüşübbackend

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Manisa şəhərinin valisi ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə çıxış edən  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov bildirib ki, YAP və AK parti arasında əməkdaşlıq çox uğurlu nəticəyə malikdir.

Sonra çıxış edən Manisa valisi Yaşar Karadeniz qeyd edib ki, Azərbaycan və Türkiyə Heydər Əliyevin də dediyi kimi “iki dövlət, tək millətdir”.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Milli Məclisin deputatı Malik Həsənov Manisa valiliyinin xatirə kitabına ürək sözlərini yazıb.