YAP-ın qurultayı başlayırbackend

Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayı keçiriləcək.

“Yeni Gündəm” xəbər verir ki, qurultay saat 10:00-da öz işinə başlayacaq.

Prezident İlham Əliyev də onlayn formatda qurultayda iştirak edəcək və çıxış edəcək.

Qurultayda bir sıra mühüm dəyişikliklər ediləcəyi, həmçinin məşhur simaların da İdarə Heyətindən uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, dünən 5 partiya da YAP-a birləşəcəyi barədə qərar verib.