YAP-ın qurultayı nələrlə yadda qaldı?-ŞƏRHbackend

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb. Qurultayda 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb. Həmçinin, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Bununla yanaşı, partiyanın Siyasi Şurası ləğv edilib. Partiyanın Veteranlar Şurası yaradılıb və bir sıra qərarlar qəbul edilib.

Prosesləri Busaat.az-a dəyərləndirən siyasi şərhçi Tural İsmayılov bildirib ki, ölkədə aparılan sistemli islahatlar fonunda Yeni Azərbaycan Partiyasının da müasir çağırışlara daha adekvat formada cavab verməsi labüd idi: “Ümumiyyətlə YAP-ın qurultayı cəmiyyətdə böyük marağa səbəb olmuşdu və artıq günlərdir həm ölkə mediası, həm də siyasi elitası bu məsələni diqqətlə izləyirdi. Çünki Azərbaycanda ən çox üzv sayına malik olan partiya Yeni Azərbaycan Partiyasıdır. Həmçinin, ölkədə iqtidar partiyası olduğuna görə, YAP-a cəmiyyət tərəfindən böyük maraq var idi və qurultayla bağlı marağın da təbii səbəbi mövcud idi”.

image-tural-i
“Həm də nəzərə alaq ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkənin Ali Baş Komandanı İlham Əliyevdir və xüsusən də cənab Prezidentin Qarabağda Vətən müharibəsindəki qələbəsindən sonra insanların iqtidar partiyasına rəğbəti artmağa başlamışdı. Buna görə də heç təsadüfi deyil ki, bir neçə partiya da bu səbəblərdən dolayı Yeni Azərbaycan Partiyasına birləşməklə bağlı qərar qəbul elədilər. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin yenilənməsi mühüm əhəmiyyətə malikdir, İdarə Heyətinə seçilən insanlar arasında kifayət qədər tanınan siyasət xadimləri mövcuddur. Eyni zamanda, Yeni Azərbaycan Partiyasında strurktur islahatları həyata keçirildi, Siyasi Şuranın ləğv edilməsi və Veteranlar Şurasının yaradılması da mühüm əhəmiyyətə malikdir”-deyə, analtik vurğulayıb.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının gözlənilən qurultayı həm də təhlil olunan və proqnozlaşdırılan nəticə ilə yekunlaşıb: “Yəni, proqnozlaşdırldığı kimi, bir sıra inasanlar YAP-ın İdarə Heyətindən çıxarıldı, onların yerinə yeni simalar YAP-ın İdarə Heyətinə üzv seçildi. Düşünürəm ki, ölkədə idarəçilikdə və kadr siyasətində davam edən yenilik və islahatlar kursu iqtidar partiyası üçün də mütləq idi və həm kadr siyasətində, həm idarəetmədə, həm də mərkəzi icra orqanlarında aparılan islahatlar iqtidar partiyasının qurultayında qəbul edilən yeni qərarlarla davam elədi. Bundan sonra YAP-ın İdarə Heyətinə yeni seçilən üzvlərin hamsı cəmiyyət tərəfindən maraqla qarşılanan şəxslərdi və bundan sonra onların fəaliyyəti insanlar tərəfindən daha böyük maraqla izləniləcək”.