YAP nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər -FOTOLARbackend

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

”Yeni Gundem”-in verdiyi məlumata görə, ziyarətçilər tərəfindən “Türk şəhidliyi” abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Yeni Azərbaycan Partiyasının nümayəndələri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın əziz xatirəsini yad ediblər. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb