YAP Qusar rayon təşkilatının üzvləri Şəhidləri ziyarət etdi- FOTObackend

Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi.44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil.

44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd hərbiçilərimiz uyuyurlar. Qəlbim kədər və dərin minnətdarlıq hissləri ilə doludur.Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid qardaşlarımızla fəxr edirik.

Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Hər gün çoxlu sayda insan, məktəblilər, Qusara gələn qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Təzə ailə həyatı quran gənclər Şəhidlər xiyabanına gəlməyi özlərinə mənəvi borc sanırlar. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!
Qürurla deyə bilərəm ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Qeyd edəki ki, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının üzvü, hüquqşunas Samirə Qasımova 41-45 abidəsini də ziyarət etdi.