YAP Qusar rayon təşkilatının üzvü Vətən müharibəsi qəhrəmanı ilə görüşüb – FOTOLARbackend

Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının üzvləri mütəmadi olaraq Vətən müharibəsi veteranları, qazilər və şəhid ailələri ilə görüşürlər.

Yeni Gündəm”-in verdiyi məlumata görə, bu gün YAP Qusar rayon təşkilatının fəal üzvü, hüquqşünas Samirə Qasımova 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Şamil Sultanovla görüşüb.

Samirə Qasımova bildirib ki, 44 gün davam edən Vətən Müharibəsi böyük qələbəmizlə başa çatıb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu qəhrəmanlar arasında Köhnə Xudat kəndində anadan olmuş Sultanov Şamil Heydər oğlu da var. Azərbaycan Respublikasının Xocavənd, Cəbrayıl və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş edib. Şamil Sultanov “Xocavəndin azad olunmasına görə”,
Cəbrayılın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Samirə Qasımova Vətən müharibəsində qazandığımız qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildirib.