Yaponiya Rusiyaya nota verdibackend

Yaponiya Rusiyaya etiraz notası verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu bildirib.

O, Hokkaydonun şimalında yerləşən Kuril arxipelaqının Etorofu adasına “S-300V4” müdafiə sistemini quraşdıran Rusiyaya sərt reaksiya göstərib.

“Bu, Rusiyanın şimal bölgələrində hərbi gücünü artırmağa kömək edir. Bu vəziyyət ölkəmizin adalardakı mövqeyi ilə uyğun deyil və qəbuledilməzdir. Rusiyanın şimal bölgələri də daxil olmaqla Uzaq Şərqdəki hərbi meyillərini və nəticələrini yaxından izləməyə davam edəcəyik”,- deyə Baş katib bildirib.

Qeyd edək ki, II Dünya Müharibəsinin sonunda (1945-ci il) Sovet İttifaqı Yaponiyanın Sakit Okeanı ilə Oxotsk dənizini bir-birindən ayıran Kuril adalarını zəbt etmişdi. Bundan sonra Rusiya və Yaponiya arasında barışıq razılaşmasının imzalanması üçün baş tutan görüşlər nəticə verməyib.