Yaponiya Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində ölkəyə polad, alüminium və təyyarələrin, o cümlədən pilotsuz təyyarələrin ixracını qadağan edir.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar yapon təşkilatlarına tikinti maşınları, gəmi mühərrikləri və optik avadanlıqlar kimi müxtəlif sənaye mallarının Rusiyaya ixracını qadağan edir.
Yaponiya Xarici İşlər Nazirliyi qadağanın aprelin 7-dən qüvvəyə minəcəyini bildirib.
Fərahim Rəhimov