Yaponiya “Sberbank” və “Alfa Bank”ın aktivlərini dondurubbackend

Yaponiya G7 liderlərinin onlayn görüşündən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları artırmaq qərarına gəlib.

“Yeni Gündəm” xarici mətbuata istinadla xəbər verir ki, hökumət Rusiyanın ən böyük maliyyə qurumlarından Sberbank və özəl banklarından biri olan Alfa Bankın aktivlərini dondurub. Yapon vətəndaşlarına və şirkətlərinə Rusiyada 10% və ya daha çox iştirak payı təmin edəcək investisiyalar etmək qadağandır. Rusiya şirkətlərinə ödəmə müddəti 1 ildən çox olan kreditlərin verilməsi də qadağan edilib.

Qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustinin də olduğu 141 nəfərin əmlakı dondurulub.