Yaponiya Türkiyənin pilotsuz təyyarələri ilə maraqlanır.
“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baykar Makina Yaponiyanın Ankaradakı səfiri Suzuki Kazuhiro tərəfindən ziyarət edilmişdir. Onlar Səlcuq Bayraktarla birlikdə pilotsuz döyüşçü Kızılelmanın fonunda çəkiliblər.
Xatırladaq ki, Yaponiya daha əvvəl Türkiyə ilə Türkiyəyə məxsus PUA-ların və ya hazırlanmaqda olan “Kızılelma” pilotsuz qırıcılarının mümkün alınması ilə bağlı danışıqlar aparıb.
Fərahim Rəhimov