Yaponiya və Almaniya hərbi logistika sahəsində müqavilələr imzalayacaqlarbackend
Cümə axşamı Yaponiya hökuməti tərəfindən verilən açıqlamada, Yaponiya və Almaniyanın “Ukraynanın işğalı” və “Çin hərbi gücünün artması” səbəbindən təhlükəsizlik əlaqələrini gücləndirəcəkləri açıqlanıb. Bu məqsədlə Tokio və Berlinin hərbi logistika paktı üzərində işləmək barədə razılığa gəldiyi qeyd edilib.
“Yeni Gundem” xəbər verir ki, Yaponiya rəsmiləri bu barədə iki ölkənin xarici işlər və müdafiə nazirlərinin Almaniyada görüşdən sonra jurnalistlərə açıqlama verib.
Brifinqdə “Yaponiyanın özünümüdafiə qüvvələri və Almaniya ordusu birgə fəaliyyətləri asanlaşdıracaq hüquqi bazanın yaradılmasına yönəlmiş danışıqlara başlamaq üçün koordinasiyaya davam etmək qərarına gəliblər”. deyildi.
Belə bir razılaşma ilə hərbi təlimlər, sülhməramlı əməliyyatlar və fəlakətlərin aradan qaldırılması kimi ortaq fəaliyyətlər üçün işlərə başlanacaq. Yanacağın, qida və nəqliyyatın qarşılıqlı təmin edilməsi qaydaları müəyyən ediləcək.