Yaponiyanın Baş naziri Kişida Fumio Çinin Fukusima İn-Dai Atom Elektrik Stansiyasında təmizlənmiş radioaktiv tullantı suyundan sonra Yaponiyadan dəniz məhsulları idxalına qoyulan məhdudiyyəti aradan qaldırmaq üçün iki ölkənin ekspertlərinə məsələni müzakirə etməyi tövsiyə edib.
“Yeni Gundem” xəbər verir ki, baş nazir Kişida hakim Liberal Demokrat Partiyasının (LDP) toplantısında balıqçılıq sənayesini qorumaq üçün açıqlamalar verib.
Kişida vurğulayıb ki, hökumət Fukusimada təmizləndiyi deyilən radioaktiv tullantı sularının okeana axıdılmasının balıqçılıq sənayesinə zərər verməməsi üçün “əlindən gələni edəcək”.
Çindən diplomatik kanallar vasitəsilə Yaponiyadan dəniz məhsulları idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edəcəklərini ifadə edən Kisida, həmçinin iki ölkənin mütəxəssislərinə Fukuşima məsələsini elmi dəlillərə əsaslanaraq müzakirə etməyi tövsiyə edib.
Bildirilib ki, Yaponiyada balıqçılıq sektorunu qorumaq üçün ölkə daxilində dəniz məhsulları istehlakı təşviq ediləcək.
Yaponiyanın İqtisadi Təhlükəsizlik Naziri Sanae Takaichi, Çinin tətbiq etdiyi idxal məhdudiyyətləri ilə bağlı diplomatik təşəbbüslərin təsirli olmadığı təqdirdə Dünya Ticarət Təşkilatına şikayətlər göndərəcəyini deyib.
Bildirilib ki, Yaponiyada bir çox dövlət qurumu və müəssisəsi radioaktiv tullantı sularının axıdılmasına reaksiya verən Çin vətəndaşlarından telefon zəngləri alıb.
Xatırladaq ki, 2011-ci ilin mart ayında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Dai-içi Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuş, stansiyanın ətrafı radioaktiv tullantılara görə “evakuasiya zonası” elan edilmişdir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2023-cü ilin iyul ayında Yaponiyanın yığılmış tullantı sularını dənizə axıdmaq planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirdi. Yaponiya avqustun 24-də Fukusimada tullantı sularının axıdılmasına başlamışdı.
Plan bölgədə yaşayan balıqçılar və ətraf mühitin mühafizəsi fəallarının reaksiyasına səbəb olarkən, Çin başda olmaqla qonşu ölkələrlə yanaşı, Çin Yaponiyadan dəniz məhsulları idxalına qadağa qoyub.
Mənbə: TRThaber
Aynur Camal