Yaponiyada 88 nəfər ölüb, 1133 nəfər isə sağalıbbackend

Yaponiyada koronavirus səbəbiylə daha 4 nəfərin həyatını itirməsi ilə ölənlərin ümumi sayı 88-ə çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, bu günə qədər ölkə daxilində aşkar edilən yoluxma hallarının ümumi sayı “Diamond Princess” karantin gəmisinin sərnişinləri və ekipajı heyəti də hesaba alınmaqla 3 min 854-ə çatıb. 1133 nəfər isə müalicə olunaraq xəstəlikdən sağaldığı bildirilib.