Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşdübackend

Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

“Yeni Gündəm”-in məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi “Nissan” markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Report