Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşdibackend

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərhum bu gün saat 13:00-da Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.

Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da vəfat edib.

Allah rəhmət eləsin!