Yasamal rayonunda qanunsuz tikintilər hələ də davam etdirilir-VİDEObackend

Bildiyiniz kimi 2019-cu ilin son aylarından etibarən Prezident İlham Əliyevin göstərişinə əsasən ölkə ərazisində bütün qanunsuz tikintilərin fəaliyyəti dayandırılmışdır.
Təbii ki,bu göstərişlərə hələ də məhəl qoymayan bir sıra rayonlar vardır ki,onlardan biri də Yasamal rayonudur.
Belə ki,ötən gün “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına daxil olan məlumatda bildirilmişdir ki,Yasamal rayon Şəfayət Mehdiyev küçəsi, 1-ci Alatavanın giriş hissəsinin sol tərəfində böyük ərazini əhatə edən su anbarının üstündə qeyri qanuni tikinti işləri həyata keçirilir.
Uyğun olmayan yerdə aparılan qanunsuz tikinti yerli sakinlərin bərk narazılığına səbəb olmuşdur.
Amma bu məsələni qonşuluq naminə üzə çıxara bilməyən bəzi sakinlər agentliyimiz vasitəsi ilə aidiyyatı qurumların diqqətinə çatdırmaq istəyib.
Kadrlarda da göründüyü kimi,dəmir obyektlərin arxasında həyata keçirilən qanunsuz tikinti heç də doğru olmayan yerdə müəyyən olunaraq inşa edilir.
Hesab edirik ki,Yasamal rayonunda aparılan bu cür qanunsuz tikintilər heç də rayon İcra başçısı hörmətli Elşad Həsənovdan xəbərsiz həyata keçirilmir.
Bu isə onu deməyə əsas verir ki,hələ də öz şəxsi maraqlarından əl çəkməyən yerli icra orqanları, qanunun tələblərini açıq şəkildə pozmaqdan belə çəkinmirlər.
Ümidvarıq ki,sözügedən qanunsuz tikinti barəsində aidiyyatı qurumlar tez bir zamanda müvafiq tədbir görərlər.
Beləliklə də bir daha məlum olur ki,gənc İcra başçısı Elşad Həsənov ölkə prezidentinin etimadına qeyri-ciddi yanaşır.