Yasamaldakı yeraltı dayanacaqda “Hyundai” yandıbackend

Bakı şəhərinin Yasamal rayonunda maşın yanıb. 

“Yeni Gündəm” xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.