“YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 manat məbləğində vəsait xərclənibbackend

Bu günədək “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 manat məbləğində vəsait xərclənib.

Bu barədə “Yeni Gündəm”-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə 2 927 şəhidin ailə üzvləri, habelə 5 261 yaralı olmaqla ümumilikdə 16 644 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 11 450 şəxsin 16 537 müraciəti icra olunub.