Yaşayış binasında partlayışbackend

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, Kaçalınsk küçəsində yaşayış binasında partlayış olub.

“Yeni Gündəm” xəbər verir ki, məlumatı yerli təcili yardım xidməti yayıb.

Bildirilib ki, binanın 8-ci mərtəbəsində partlayış olub, yanğın müşahidə edilməyib.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və Moskva qaz istismarı idarəsindən briqada cəlb edilib.

Araşdrıma aparılır.Report