Yasəmən Qəyyumlu qazi Yusif Mahmudovu ziyarət etdibackend

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu Vətən Müharibəsi iştirakçısı, Binəqədi rayonu ərazisində yaşayan, qazi Mahmudov Yusif Cəmil oğlunu ziyarət etdi.

Yusif Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göndərərək döyüşən igid oğullardandı. O, bir qolundan və bir qıçından yaralanıb.

Hal-hazırda Bonadea hospitalında müalicə alır.

Qazimizə Allahdan şəfa diləyirik.