Yaşı 24-30 arası olan şəxslərin NƏZƏRİNƏbackend

“Bakı Metropoliteni” QSC maşinistlərinin seçimini elan edib.

“Yeni Gündəm”-in xəbərinə görə, ərizələr sentyabrın 25-nə qədər qəbul edilir.

Namizədlər 24-30 yaşlı kişi və qadınlar ola bilər. Onlar həmçinin ali və yaxud orta texniki təhsillə, ilk peşə ixtisasına, kişi namizədlər hərbi biletə (yararlı kateqoriya ilə). malik olmalıdır.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.

İddiaçılar Bakı metrosunun internet səhifəsinin “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdır. Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır. Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.