Yaşı 35-ə qədər olan şəxslərin nəzərinə: Sentyabrın 24-dək…backend

“Muğanbank” iş elanı verib.

Vəzifə: Ödəniş sistemləri departamentinin direktoru

Şəhər :Bakı

Yaş: 25 – 35

Təhsil: Ali

İş təcrübəsi: Azı 5 il bank stajı

Elanın tarixi: 26 avqust 2020

Bitmə tarixi: 24 sentyabr 2020

Vəzifəyə olan tələblər:

– Ödəniş sistemləri və Təcili Pul Köçürmə sistemlərinin fəaliyyətinin koordinasiya edilməsi;

– Ödəniş sistemləri və Təcili Pul Köçürmə sistemlərinin tarifləri və satış siyasətinin qurulması;.

– Ödəmə sistemlərinin bankın daxili qaydaları və əmrləri əsasında təhlükəsizliyini təmin etmək;

– Yeni satış kanallarının açılmasını təşkil etmək və s.

İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

· Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);

· Müvafiq sahədə azı 3 il iş stajı;

· Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı

· Ödəmə sistemləri (SWIFT, XÖHKS və AZİPS), Sürətli pul köçürmə sistemləri (Western Union, Monex, UPT və s.) üzrə biliklərə malik olmaq

· İT layihələrin idarəedilməsi bacarığı

· İT və proqram sistemləri barədə ümumi anlayış

· FINTEX haqqında məlumatlı olmaq

· İnnovativ həllərin tətbiqi bacarığı

· Analiz etmə qabiliyyəti

· Problemləri həll etmə bacarığı

· Banklararası hesablaşmalar üzrə mövcud qanunvericliyi bilmək

· Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı

· Menecerlik və komandada işləmə bacarığı

· Ünsiyyət qurma bacarığı

· MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Ödəniş) qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər.