“Yata bilmirəm, səhərə kimi sızıldayır”backend

Şairə, teleaparıcı Nazilə Səfərli səhhətindən gileylənib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

44 yaşlı şairə ayaq ağrısından şikayətlənib:

“Yatmayan insanın enerjisi olmur ki… Ayağımın ağrısından yata bilmirəm. Sizin də ayağınız yağış yağmamışdan öncə ağrıyır? Ayaqlarım dəhşət ağrıyır. Vaxtilə sınan ayağım necə ağrıyır… Sabaha kimi sızıldayır, çox çətindir”.

Qeyd edək ki, N.Səfərli illərdir “Space TV”də yayımlanan “Banu” verilişinin yeni aparıcısı olacaq.