Yay ayında qəfil qar yağdıbackend

“Yeni Gundem” xəbər verir ki, İsveçrədə havanın temperaturunun kəskin aşağı düşüb.

Belə ki, Vale kantonunda həm yay, həm də qış müşahidə olunub. Zermatt qəsəbəsində 31 dərəcəyə yüksələn temperatur 0,5 dərəcəyə enərkən, dünən təsirli olan qar bütün şəhəri ağ örtüyə bürüyüb.

Avropa Sinxrotron İşıq Laboratoriyasından (ESRF) tədqiqatçı Nahel Belqherz sosial media hesabında “Mövsüm başlamazdan əvvəl qeyri-adi qar yağdı” deyə məlumat verib.

Zermatt şəhərində yaranan bu hava şəraiti və temperaturun dəyişməsi bir neçə amillə, o cümlədən havanın çirklənməsi nəticəsində iqlim dəyişikliyi ilə əlaqələndirilir.

Digər tərəfdən MeteoSwiss, İsveçrə Alp dağlarının 2000 ilə 2400 metr yüksəklikdəki bölgələrində qar və yağış xəbərdarlığını edib.

Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftə sonundan təsirli olan güclü yağışlar sürüşmə riski yaradır. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə xəbərdarlıq da edilib.

Bu gün İsveçrədə yağışlı hava şəraitinin təsirli olacağı gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal