“Yeddi Günbəz”də qətl törədən kimdir?backend

Qəbirstanlığda həmyerlisini qətlə yetirən gəncin ibtidai istintaqda həbs müddəti uzadılıb. 

“Yeni Gündəm”in məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirlən Hacıyev Orxan Asif oğlunun həbs-qətimkan tədbiri Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov tərəfindən uzadılıb.

Hadisə 2020-ci il fevralın 1-də gecə saat 1 radələrində şəhərin “Yeddi Günbəz” qəbirstanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb.