Yəhudilər niyə xərçəngə tutulmur? – DƏHŞƏTLİ SƏBƏBLƏRbackend

100 il əvvəl ən nadir xəstəliklərdən biri sayılan xərçəngin son 20 ildə çox sürətlə yayılaraq ölüm hallarının artmasına səbəb olduğu heç kimə sirr deyil.

“Yeni Gündəm” xəbər verir ki, statistikaya görə, bir çox ölkələrdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artsa da, İsraildə xərçəngdən ölənlərin sayının azaldığı məlum olub. Belə ki, İsraildə 2003-ci ildə 160, 2004-ci ildə isə 152 nəfər xərçəngdən ölüb.

Qeyd edək ki, İsrailin 7,4 milyon əhalisi var. Bunlardan 1,5 milyonu ərəb mənşəli və 0,3 milyonu yəhudi olmayan əhalidir. Əhalinin yerdə qalan 5,6 milyonu isə yəhudi mənşəlidir.

İsraildə 2009-ci ildə 118 nəfər, 2013-ci ildə isə 96 nəfər xərçəngdən ölüb. 2003-cü ildən bu tərəfə olan statistikaya nəzər saldıqda xəstəliklə bağlı ölüm hallarında azalmanın müşahidə edildiyini görürük. 2020-ci ildə isə İsraildə xərçəngdən yalnız 78 adamın öləcəyi proqnozlaşdırılır.

“Gesundheit Berlin Brandenburq”ın məlumata görə, ərəb mənşəli xalq və yəhudilər bu xəstəlikdən daha az zərər görüb. Yəni onlar az hallarda ölüb.
Digər ölkələrə nisbətən İsraildə xərçəng hallarının bu qədər az olmasının səbəbi nədir?

İsraildə xərçəng xəstələrinə kimyəvi müalicə, ya da radio terapiya tətbiq olunmadığına dair güclü iddialar var. Belə müalicə üsullarının insan sağlamlığına daha çox zərər verdiyi və xəstəni daha da zəiflətdiyi güman edilir. Ölkədə xərçəngdən ölən insanların az olması bu iddiaların inandırıcı olmasını gücləndirir.
Bəs İsraildə xərçəng necə müalicə edilir?
İsraildə xərçəng xəstələrinin alternativ tibb üsulları ilə müalicə edildiyi deyilir. Bunlardan bir neçəsi aşağıdakılardır:
Bitki cövhərləri və kolloidial gümüş suyu ilə orqanizmin zəhərlərdən tamamilə təmizlənməsi (detoksifikasiya)

Sağlam qidalanma (heyvan mənşəli qidaların daxil olmadığı pəhrizlər)

Bioenerji müalicəsi ilə orqanizmin vibrasiya və elektromaqnit cərəyanı müqayisə olunaraq ruh və bədən sağlamlığının bərpa olunması.
İsrailin müalicə konsepsiyası niyə dünya miqyasında tətbiq olunmur?
Bu sualın cavabı ənənəvi tibbin, dərman lobbisinin və dünya siyasətinin kimyəviterapiya + radioterapiya + cərrahi üsullar + morfi kimi dərmanların dünyadakı yəhudi olmayan əhaliyə təkidlə satılmasıdır. Dərman lobbisinin müalicə üsullarına bütün zamanların ən gəlirli və nəhəng ticarət mənbəyi kimi baxılıb. Zərərsiz, təsirli və digər effektli müalicələrə qarşı olan laqeydliyin əsas səbəbi kimi də bu nəhəng ticarət sektorunun yürütdüyü siyasət göstərilir. Çünki uzunmüddətli və dərman lobbisindən asılı olan xəstəliklər olmasa, bu nəhəng ticarətin çökə biləcəyi deyilir.
“Söz oyunları ilə “müalicə edildi yalanı”
Kimyəviterapiya və radioterapiya ilə müalicə alan xəstələrin əslində tam sağalmadığı müəyyən söz oyunları aldadıldığı da iddia olunur. Məsələ bu nümunələrlə izah edilir: “Xərçəng diaqnozundan və müalicəsindən sonra 5 il yaşadı”.
Amma bu vəziyyətdə xəstə 5 il ərzində yenidən xərçəng ola bilər. Halbuki xəstələrə xərçəng müalicəsinin uğurunu göstərən bu cür statistikalarda xəstənin neçə il yaşadığından çox, müalicənin gerçək uğurunu müəyyən etmək üçün “Neçə il xərçəng xəstəliksiz” qaldığını bilməsi son dərəcə əhəmiyyətli faktordur.
Xəstə 5 ildən sonra təkrar xərçəng olarsa, hətta ölsə, sənədlərdə yenə də “Tamamilə müalicə edilib və tamamilə sağaldı” olaraq qeydlər yazılır. Dolayısı ilə tibb dünyası bu xəstəliyi son dərəcə ağıllı söz oyunları ilə bu müalicələrin müvəffəqiyyətli keçdiyini sübut etməyə çalışır və statistikalar insanlara bu şəkildə çatdırılır.
Həmçinin statistikalarda başlanğıc nöqtəsində olan xərçəng xəstəlikləri, həyati təhlükəsi olmayan xərçəng xəstəlikləri və müalicəsi onsuz da asan olan xərçəng xəstəlikləri yer alır. Xərçəng olub erkən ölən hallar heç bir şəkildə statistikalarda qeydiyyata alınmır. 1997-ci ildə verilən qərarda isə kimyəviterapiyadan, orqan/ürək çatışmazlığı nəticəsində yaranan ölüm halları statistikaya salmaq qadağan edilib. Bu hiyləgər manipulyasiya kimyəviterapiya, radioterapiya kimi zərərli üsullarla xərçəng hallarının uğursuz müalicə edilməsi nəticəsində yaranan ölüm sayını gizlətmək məqsədi güdür.Publika.az