Yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Yelo Bank və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərin yollarda təhlükəsizliyini təmin etmək məqsədilə önəmli layihəyə imza atıb. Belə ki, Dövlət Yol Polisi nümayəndələrinin iştirakı ilə Bankın Baş Ofisində əməkdaşların övladları üçün öyrədici təqdimat keçirilib. Bu təqdimat yol hərəkəti qaydalarına riayət etməyin, yol nişanlarını tanımağın, uşaqların piyada və gələcək sürücü kimi yaxşı hazırlıqlı olmalarının vacibliyini vurğulayırdı. Tədbirdə iştiraka edən hər bir uşağa sonda sertifikat, mövzu ilə bağlı maarifləndirici və əyləncəli hədiyyələr təqdim edildi.
Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın prioritetfəaliyyət istiqamətlərindən biridir. Müştəriyönümlüxidmətlərə diqqət yetirən Bank, həmçinin cəmiyyətimizinrifahı üçün ardıcıl sosial tədbirlər həyata keçirir. Bank bundan sonra da gələcəyimiz olan uşaq və gənclərədəstək layihələrini davam etdirəcək.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!