Yelo Bank-ın dəstəyi ilə Avropa Gənclər Parlamentinin görüşü keçirilibbackend

Yelo Bank-ın təşkilati dəstəyi ilə Avropa Gənclər Parlamentinin (AGP) sessiyası keçirilib. Bankın Baş ofisinin tədbir zalında baş tutmuş görüşdə xarici tələbələr də daxil olmaqla 150-dən çox fəal və təşəbbüskar AGP üzvü iştirak edib. Görüşdə iqtisadi və sosial məsələlər, gender bərabərliyi, qida təhlükəsizliyi, texnologiya və s. üzrə gündəmdə olan ictimai məsələlər müzakirə edilib. Bu sahələr üzrə 8 komitənin birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi Baş Assambleya formatında ümumi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində gənclərin inkişafına yönəlmiş layihələrə dəstək olur. Bu strategiya çərçivəsində Bank bir sıra yerli və beynəlxalq gənclər təşkilatları ilə aktiv əməkdaşlıq edir. Əsas məqsəd gənclərimizi bu kimi maarifləndirici tədbirlərə cəlb etmək və onların şəxsi inkişaflarına töhfə verməkdir. Baş ofisin müasir texniki avadanlıqlarla təchiz olunmuş və 400-ə yaxın auditoriyanı əhatələyən tədbir zalında Bankın daxili tədbirləri ilə yanaşı, maarifləndirici və sosial bir sıra tədbirlərin keçirilməsinə də dəstək göstərilib.

Bank xidmətləri, həmçinin debet kart (https://www.yelo.az/az/individuals/cards/yelo-kart-debet/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!