Yenə İslam və Müsəlmanlar hədəf oldu:Qalmaqallı sözlərbackend

İfrat sağçı Hollandiyalı siyasətçi Geert Wilders İslamla bağlı qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Keçmişdə müsəlmanları və prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan Vilders “Problem İslamdır” sözləri ilə yenidən müsəlmanları hədəfə alıb.

“Problem İslamdır. 20 ildən artıqdır ki, İslamı xəbərdar edirəm. Mollalar mənə fitva verib müsəlmanlara məni öldürməyi əmr ediblər. Prokurorlar məni məhkəməyə veriblər. Ölkələr məni persona non-qrata elan ediblər. Amma həqiqəti təkrar edirəm: Problem İslamdır”.

2006-cı ildə Hollandiyada qurulan Azadlıq Partiyasının ifrat sağçı lideri Vilders bundan əvvəl də irqçi və ayrı-seçkilik xarakterli ritorika ilə İslamı və müsəlmanları hədəfə almışdı.

Daha əvvəl sosial media hesabında insanlara çağırış edən Vilders Məhəmməd peyğəmbər ətrafında karikatura müsabiqəsi təşkil edərək, “Məhəmməd peyğəmbərlə bağlı çəkdiyiniz karikaturaları mənə göndərin” sözlərini paylaşıb. Wilders postundan sonra “İfadə azadlığı zorakılıq və İslami fətvadan üstün olmalıdır” deyib.

Mənbə: TGRT

Aynur Camal