Yeni addım: İsrail-Həmas atəşkəs bağladıbackend

İsrail-Həmas müharibəsində son vəziyyət…Dünyanın ümidlə gözlədiyi xəbər gəldi! HƏMAS lideri Haniyənin atəşkəslə bağlı flaş bəyanatı!

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, HƏMAS lideri İsmayıl Haniyə Telegram-dakı paylaşımında “Atəşkəslə bağlı razılığa gəlməyə yaxınıq” deyib.

Qətərin vasitəçiliyi ilə burada toplanan müzakirəçilər oktyabrın 7-də əsir götürülən, çoxu israilli olan təxminən 240 məhbusun azad edilməsinə və İsrailin hücumlarında 13 mindən çox insanın həlak olduğu Qəzzada atəşkəsə imkan verəcək saziş imzalamaq üçün danışıqlar aparır.

Aralarında qadın və uşaqların da olduğu bəzi fələstinlilərin İsrail həbsxanalarından azad edilməsinin də müzakirə mövzusu olduğu bildirilir.

Bazar ertəsi ABŞ prezidenti Bayden əsirlərin azad edilməsi ilə bağlı razılaşmanın yaxın olduğuna inandığını söyləmişdi.

İsrail mediası razılaşmanın hazırlandığını yazıb. Sözügedən xəbərə görə, İsrail hərbi əməliyyatlara 5 günlük fasilə və əsir mübadiləsini nəzərdə tutan razılaşmaya yaşıl işıq yandırıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal