“Yeni Dövlət Proqramı əsasında oxuyub qayıdanların iş problemi olmayacaq”backend

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” əsasında təhsil alıb, geri dönənlərin iş probleminin olmayacağını düşünürəm”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, proqramı bitirənlər Azərbaycanın inkişafında, problemlərinin həllində yaxından iştirak etməlidirlər: “Bu, bir vətəndaşlıq mövqeyidir. Bu, fərdi seçimdir, geri qayıdanlar da, qayıtmayanlar da var. Amma buna emosional yanaşıb “geri qayıdanlar yaxşı vətəndaş, geri qayıtmayan pis vətəndaşdır” demək düzgün deyil.

Elə məzunlar var ki, Azərbaycandan kənarda qalıb, amma ölkəyə faydası dəyir, 44 günlük müharibə dövründə bu adamların bir çoxunun böyük faydası dəyib. Bir çox soydaşlarımız nüfuzlu ali təhsil müəssisələrində professor olurlar, yaxud nüfuzlu işlərdə çalışırlar. Azərbaycana qayıdanlardan da gözləntilər böyükdür”.