“Yeni gələn məmur hamıdan ərizələrini almağa başlayır” – Deputatbackend

“Azərbaycanın bu günlərdə Qarabağda müəyyən proseslərlə qarşılaşması gözlənilən idi. Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elm sahəsində plagiat baş alıb gedir: “Bu sahədə ciddi işlər görülməlidir”.

Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını bildirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”.