Yeni görüntü: Türkiyədə qırıcı ətrafı atəşə tutur..backend

 

Yeni görüntü: Türkiyədə qırıcı ətrafı atəşə tutur…

Türkiyədə baş verən 15 İyul (FETÖ-nun hərbi qiyam cəhdi) hadisələrinin yeri görüntüsü ortaya çıxıb.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İlk görüntüdə Quru Aviasiya Komandanlığından qalxan helikopter Baş Qərargahın binası ətrafında uçuş edir. Bir müddət sonra həmin helikopter Quru Qoşunları Komandanlığı ilə idman məktəbi arasındakı yolu atəşə tutur.

İkinci görüntüdə isə “Akıncı” bazasından qalxan qırıcı Quru Qoşunları Komandanlığı binasından keçərkən müşahidə kameralarına düşür.

Qısa müddətdən sonra qırıcı atrafı atəşə tutaraq istiqamətini dəyişir.