Yeni ildə necə qidalanmalı? – VİDEObackend

Bayram qeyd etmək üçün süfrələrə bir çox təamlar düzülür. Amma bu, orqanizm üçün qətiyyən bayram olmur. Əksinə, orqanizmimizi yükləyirik. Bu zaman birdən-birə çox və fərqli təamlarla mədə yüklənir. Mütəxəsssilər bildirir ki,  bayram günü qidalanmaya xüsusi diqqət etmək lazımdır.

Bayram günlərində ilk növbədə qidalanma rejiminə əməl etmək lazımdır.

Dietoloq Şəfa Yadigarova deyir ki,  yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənməsi vacib şərtdir. Meyvələr axşam saatlarına saxlanılmamalı, günün birinci yarısında yeyilməlidir.

Dietoloq Şəfa Yadigarova  bildirir ki, bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər.

Bundan başqa fiziki aktivlik nümayiş etdirmək artıq kaloridən azad olunmaq üçün ən yaxşı vasitələrdən sayıla bilər.