Yeni ilin ilk günündə Bakıda dəhşətli qəzada ölən gənc yeni evlənibmiş – FOTObackend

Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən “Toyota” markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə yeni evlənibmiş.

“Yeni Gundem” xəbər verir ki, o, 20 gün olar ailə həyatı qurubmuş.

Xatırladaq ki, Yeni ilin ilk günündə Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 5 nəfər həlak olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və “Toyota” markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.

Faktla Cinayət Məcəlləsinin yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə müvafiq ekspertzialar təyin edilib, istintaq hərəkətləri aparılır.