Yeni Klinikaya ağır vəziyyətdə çatdırılan uşağı xəstəxananın pediatriya şöbəsi qəbul etməyib. Xəstənin qohumlarına bildirilib ki, şöbənin iş saatı bitib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla yazıb. O bildirib ki, klinika üçün uşağa göstərdiyi münasibət utancvericidir:
“Mən deyəndə ki, Azərbaycanda pediatriya sahəsində vəziyyət pisdir, inanmırsız. Qohum uşağı öskürəkdən ağır vəziyyətdə aparıblar Yeni Klinikaya, təcili yardıma yaxınlaşıblar, 9-a 15 dəqiqə qalmış. Bildirilib ki, 9-da pediatriya şöbəsi bağlanır, qəbul etməyiblər. Niyə, uşaqlar adam deyillər? Onlara gecə vaxtı təcili yardım lazım ola bilməz? Burda qətiyyən Yeni Klinikanı günahlandırmıram, məsələ qoyulan əcaib qaydadadır”.