Yeni qərar İMZALANDI: Çətin həyat şəraitində olan ailələr…backend

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.

Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.

İndiyədək həmin bənd aşağıdakı kimi idi:

“Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi”.